525.Az

Badamdar sürüşmə zonasında çatların ölçüsü artıb


 

Badamdar sürüşmə zonasında çatların ölçüsü artıb<b style="color:red"></b>

Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasının yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb.

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub.

Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

 





30.10.2018    çap et  çap et