525.Az

İranda 959 nəfər spirtdən zəhərləndi: 84 ölü


 

İranda 959 nəfər spirtdən zəhərləndi: 84 ölü<b style="color:red"></b>

Sentyabrın ortalarından etibarən İranda spirtli içkilərdən zəhərlənmə halları çoxalıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü İrəc Hərirçi deyib.

Onun sözlərinə görə, ötən günədək 959 nəfər spirtdən istifadə nəticəsində zəhərlənib.

İ.Hərirçi əlavə edib ki, zəhərlənənlərdən 84 nəfəri dünyasını dəyişib, 305 nəfəri dializ olunub, 27 nəfər isə gözünü itirib və ya görmə qabiliyyəti zəifləyib:

“Bu şəxslərin əksəriyyəti metanol spirtindən, digərləri də kustar üsulla hazırlanan spirtli içkidən zəhərlənib. Bu istiqamətdə bəzi həbslər olub. Vətəndaşlar həmçinin bilsinlər ki, xarici etiketli spirtli içkiləri də asanlıqla saxta yolla hazırlamaq olar”.

 





30.10.2018    çap et  çap et