525.Az

Rusiyada Firuz Mustafanın yeni kitabları çap olundu


 

Rusiyada Firuz Mustafanın yeni kitabları çap olundu <b style="color:red"></b>

Oktyabrda Rusiyanın "Ridero" nəşriyyatı yazıçı-filosof Firuz Mustafanın üç kitabını nəşr edib.

Birinci kitaba ("Rayskiy üvetok.proza") müəllifin nəsr əsərləri daxil edilib.
 
Burada müəllifin "Cənnət çiçəyi" və "Qapı" romanları, "Dəniz köçü" povesti, habelə hekayələri çap olunub.

İkinci kitabda  ("Podval na krışe.paradoksalğnıe pğesı") Firuz Mustafanın eyniadlı "Çardaqda zirzəmi" absurd dramı ilə yanaşı, 14 pyesi, bir sözlə, səhnə əsərləri yer alıb.

Yeni cildlərdə həmçinin, tanınmış fikir adamı və filosof Firuz Mustafanın fəlsəfi əsərləri də işıq üzü görüb. Belə ki, üçüncü kitabda ("Mir bez qraniü.smeşannıe janrı") Firuz Mustafa məşhur "Sərhədsiz dünya" fəlsəfi traktatı ilə yanaşı, esse və "poetik səsləşmələr" nəşr edilib.

Əsərlərin hamısı rus dilinə peşəkar tərcüməçilər tərəfindən çevrilmiş, zaman-zaman müxtəlif sayt və nəşrlərdə dərc olunub.

Yeni üçcildliyi müəllifin seçilmiş əsərləri də hesab etmək olar. "Ridero" nəşriyyatı əsərləri təmənnasız, öz hesabına çap edib.

Kitablar kağız və elektron variantda çap edilib.

Yenicə işıq üzü görən əsərləri "LitRes",  "amazon", "ozon.ru" saytlarının kitab mağazalarından almaq, habelə dünyanın istənilən nöqtəsindən sifarişlə əldə etmək olar.

ŞAHANƏ

 





30.10.2018    çap et  çap et