525.Az

Türməyə aş qazanında telefon keçirtmək istədilər


 

Türməyə aş qazanında telefon keçirtmək istədilər<b style="color:red"></b> Bakı İstintaq Təcridxanasına aş qazanında beş mobil telefonun keçirilməsinin qarşısı alınıb. 525.az-ın Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən həmin müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi faktı aşkarlanıb.
 
Avqustun 18-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1995-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Fərid Sadiq oğlu Səfərliyə vətəndaş Muxtar İbrahim oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu vaxt 20 litrlik qazanın içərisində olan bişmiş aşın altında şəffaf sellofana bükülmüş, daxilində danışıq kartları olmayan 4 (dörd) ədəd “Nokia” və 1 (bir) ədəd “Blackberry” markalı mobil telefon aparatları aşkar olunaraq götürülüb.
 
Fakt üzrə araşdırma aparılır.
 





19.08.2013    çap et  çap et