525.Az

Ərdoğan: "Suriyada terrorçulara qarşı yeni hərbi əməliyyatlar hər an başlaya bilər"


 

Ərdoğan: "Suriyada terrorçulara qarşı yeni hərbi əməliyyatlar hər an başlaya bilər"<b style="color:red"></b>

Suriyada YPG/PYD, həmçinin PKK terrorçularına qarşı yeni hərbi əməliyyatlar hər an başlaya bilər.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bəyan edib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyada yeni əməliyyatlara başlamağa hər an hazırdır:

"Suriya ərazisində YPG/PYD-yə qarşı yeni hərbi əməliyyatlara hazırlıq prosesi artıq başa çatıb".

Xatırladaq ki, oktyabrın 28-də Türkiyə SQ Suriya ərazisində YPG/PYD terrorçularının mövqelərinə zərbələr endirib.

 





31.10.2018    çap et  çap et