525.Az

İran gəmisi Azərbaycanın ərazi sularında neft estakadası ilə toqquşub


 

İran gəmisi Azərbaycanın ərazi sularında neft estakadası ilə toqquşub<b style="color:red"></b>

İran bayrağı altında üzən «Parmis» adlı yük gəmisi Azərbaycanın ərazi sularında neft estakadası ilə toqquşub.

Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasından (ARDDA) məlumat verilib.

Hadisə oktyabrın 5-i saat 23:40-da baş verib. Bakıdan Rusiyanın Həştərxan limanına hərəkət edən gəmi dənizdə istifadədə olmayan neft estakadası ilə toqquşub. Gəmi Bakı limanına gətirilib və təhqiqat aparılır.

 





08.10.2012    çap et  çap et