525.Az

Danimarka İrandakı səfirini geri çağırdı


 

Danimarka İrandakı səfirini geri çağırdı <b style="color:red"></b>

Danimarka ölkədə İran xüsusi xidmət orqanlarının qeyri-qanuni fəaliyyəti barədə məlumatlardan sonra Tehrandakı səfirini geri çağırıb.

Trend-in məlumatına görə, bu barədə mətbuat konfransı zamanı Danimarkanın xarici işlər naziri Anders Samuelsen bildirib.

A.Samuelsen deyib: "Bu, çox güclü və qeyri-adi diplomatik addımdır".

Qeyd edək ki, daha əvvəl Danimarkanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin ("PET") rəhbəri bildirmişdi ki, İranın xüsusi xidmət orqanları Danimarka ərazisində qətl hazırlayırmış.

Yerli "Local" nəşri bildirir ki, qətlin hazırlanmasında 21 oktyabr İsveçin Höteborq şəhərində saxlanılan İran əsilli Norveç vətəndaşı ittiham olunur.

"PET" rəhbərinin sözlərinə görə, sui-qəsd Əhvazın azadlığı uğrunda mübarizə üzrə Ərəb hərəkatının Danimarka bölməsinin liderinə (İranın Huzistan əyalətində müstəqil ərəb dövlətinin yaradılmasını dəstəkləyən qruplaşma "ASMLA") qarşı hazırlanırmış. İran hökuməti "ASMLA"nı terror təşkilatları siyahısına daxil edib.

 





31.10.2018    çap et  çap et