525.Az

BMT baş katibi Pedersenin Suriya üzrə xüsusi elçi vəzifəsinə namizədliyini təsdiq etdi


 

BMT baş katibi Pedersenin Suriya üzrə xüsusi elçi vəzifəsinə namizədliyini təsdiq etdi<b style="color:red"></b>

Norveçli diplomat Geyr Pedersen BMT-nin baş katibinin Suriya üzrə növbəti xüsusi elçisi olacaq.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda deyilir.

Məktubda bildirilir: "Bu qərarı qəbul edərkən, mən hamı ilə, o cümlədən Suriya Ərəb Respublikasının hökuməti ilə məsləhətləşmələr aparmışam".

Xatırladaq ki, daha əvvəl BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura noyabr ayının sonunda öz postunu tərk edəcəyini bildirib.

 





31.10.2018    çap et  çap et