525.Az

Həmsədrlər cəbhə xəttində monitorinqi izlədilər


 

Həmsədrlər cəbhə xəttində monitorinqi izlədilər<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 31-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçisi Gennadi Petrika, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və onun şəxsi köməkçisi Küanti de Rankur, eləcə də Endryu Şofer və onun şəxsi köməkçisi Devid Börnşteyn keçiriblər.

 





31.10.2018    çap et  çap et