525.Az

Rusiya Ermənistan da daxil olmaqla 4 ölkədən idxalı dayandırdı


 

Rusiya Ermənistan da daxil olmaqla 4 ölkədən idxalı dayandırdı<b style="color:red"></b>

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bir sıra ölkələrdən məhsul idxalına məhdudiyyətlər tətbiq edib.

Trend-in məlumatına görə, Almaniya və Koreyadan heyvan yemlərinin, Ermənistanın “Fud Eks” şirkətinin farel məhsulunun idxalını qeyri-müəyyən müddətə dayandırıb.

Qeyd olunur ki, həmin məhsullar Rusiyanın baytarlıq-sanitar tələblərini pozur.

Bundan başqa, Qazaxıstandan idxal olunan toyuq ətində salmonella bakteriyası aşkar olunduğu üçün nəzarətə götürülüb.

 





01.11.2018    çap et  çap et