525.Az

XİN belçikalı deputatın işğal olunmuş əraziləriə qanunsuz səfərini araşdırır


 

XİN belçikalı deputatın işğal olunmuş əraziləriə qanunsuz səfərini araşdırır<b style="color:red"></b>

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belçika parlamentinin üzvünün işğal olunmuş ərazilərimizə qanunsuz səfərini araşdırır.

Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, hazırda Belçikadan qanunsuz səfər edənlər araşdırılır:

"Qanunsuz səfərə görə onların adlarının "arzuolunmaz şəxslərin siyahısı"na daxil edilməsinə dair qərar qəbul ediləcək".

Xatırladaq ki, ötən gün Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

 





01.11.2018    çap et  çap et