525.Az

Dardanel boğazı bağlandı


 

Dardanel boğazı bağlandı <b style="color:red"></b>

Türkiyədə Dardanel boğazı gəmilərin hərəkəti üçün qeyri-müəyyən müddətə bağlanıb.

Trend-in məlumatına görə, qərara boğaz üzərində sıx duman səbəb olub.

Dardaneldə gəmilərin hərəkəti yerli vaxtla saat 06:30-dan etibarən dayandırılıb. Boğazın nə vaxt açılacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Dardanel boğazı bu ilin mayında gəmilərin hərəkəti üçün bağlanmışdı.

 





01.11.2018    çap et  çap et