525.Az

Ermənistan prezidenti ölkə parlamentini buraxdı


 

Ermənistan prezidenti ölkə parlamentini buraxdı<b style="color:red"></b>

Ermənistan prezidenti Armen Sarkisyan bu gün parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin təyin edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Növbədənkənar seçkilər 9 dekabr 2018-ci tarixinə təyin edilsin. Fərman dərc olunduğu gündən qüvvəyə minir", - deyə mətbuat xidmətinin yaydığı sənədin mətnində bildirilir.

Qeyd edək ki, Konstitusiyaya görə baş nazirin istefasından sonra iki iclasda millət vəkilləri yeni baş naziri seçə bilmədiyi təqdirdə parlament buraxılmalıdır.

 





02.11.2018    çap et  çap et