525.Az

BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşları sabah erməni əsirlə görüşəcəklər


 

BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşları sabah erməni əsirlə görüşəcəklər<b style="color:red"></b> “Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin erməni əsir Akop İnciqulyanla görüşü üçün heç bir problem yoxdur”.
 
Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu deyib.
 
Onun sözlərinə görə, sabah saat 16.00-da BQXK-nın Bakı ofisinin nümayəndələrinin əsirlə görüşü olacaq: “Ona görə də erməni tərəfinin bununla bağlı səs-küy qoparmasının heç bir məntiqi əsasını görmürəm. Əsirlə bağlı beynəlxalq norma və konvensiyalara uyğun rəftar edilir, ona erməni tərəfinin iddia etdiyi kimi heç bir təzyiq göstərilmir”.
 
Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.
 





19.08.2013    çap et  çap et