525.Az

Bakı Kitab Mərkəzində uşaqlar üçün Meksika tamaşası


 

Bakı Kitab Mərkəzində uşaqlar üçün Meksika tamaşası<b style="color:red"></b>

Bakı Kitab Mərkəzində uşaqlar üçün məşhur Meksika teatrının tamaşası göstəriləcək.

525.az-ın məlumatına görə, Meksikanın məşhur “Arte Factum” teatrı Bakı Kitab Mərkəzində gənc tamaşaçılar üçün “Opossumun nağılları" adlı tamaşasını təqdim edəcək.

Meksikanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunan tamaşa noyabrın 4-də, saat 15:00-da Bakı Kitab Mərkəzinin uşaq guşəsində göstəriləcək.

Giriş sərbəstdir.

 





03.11.2018    çap et  çap et