525.Az

Azərbaycan Moda Həftəsinin 8-ci mövsümü açıldı


 

Azərbaycan Moda Həftəsinin 8-ci mövsümü açıldı <b style="color:red"></b>

Noyabrın 1-də Muzey Mərkəzində “Azerbaijan Fashion Week” - ölkənin rəsmi moda həftəsinin 8-ci mövsümünün açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən layihənin art-direktoru Sayat Dossıbayev həftə boyu təqdim ediləcək geyimlərdən və keçiriləcək görüşlərdən söz açıb.

Bildirilib ki, “Azerbaijan Fashion Week”in təşkilatçıları, Muzey Mərkəzi və şəxsən onun direktoru Liana Vəzirova ilə birgə əməkdaşlıqda, incəsənət fəzasında moda sintezinə qərar veriblər.

“Azerbaijan Fashion Week”in 8-ci mövsümü çərçivəsində, ziyarətçilər üçün muzeyin ehtiyat rəflərində və şəxsi kolleksiyalarda olan, bir çoxu, heç vaxt geniş tamaşaçıya təqdim edilməmiş işlərdən yığılmış xüsusi ekspozisiya hazırlanıb. Bu ekspozisiya çərçivəsində

təqdim edilmiş bütün işlərdə dəb və stilin elementləri öz təcəssümünü tapıb.

Muzey Mərkəzi Azərbaycan rəssamlarının, həmçinin “Kukla” Art-Qalereyasının sahibi Lalə Kazımovanın və Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın kolleksiyasından olan, müəllif kuklalarının geniş sərgisini təqdim edib.

“Azerbaijan Fashion Week”in 8-ci mövsümünün birinci günü Azərbaycan markası olan “Kaftan”ın nümayişi ilə açılıb. Başlanğıcda podiuma parlaq və dolğun rəngli qısa geyimdə modellər çıxıb. Sonra “Kaftan” atelyesinin sənətkarları tamamilə fərqli formalarda geyim yaratmaq bacarıqlarını nümayiş etdiriblər. Bütün bu fərqliliklər arasındakı ortaq xətt - əksər hallarda gümüşü, bəzən də qızıl suyuna salınmış rəngli parlaq dekor elementləri yaradıb.

“Azerbaijan Fashion Week” tarixində ilk dəfə Azərbaycan markası olan “Çəkməçi” birinci gün çərçivəsində kişi və qadın ayaqqabılarını nümayiş etdirib. Brend həm klassik, həm də gündəlik stillərdə olan ayaqqabıları sərgiləyib. Top stilist Fuad Hacıyevin, “The Best Model of the World 2007” titulunun sahibi Rüstəm Cəbrayılovun və “Avroviziya 2011” müsabiqəsinin qalibi Eldar Qasımovun iştirakı nümayişin bəzəyinə çevrilib.

Həm düzxətli, həm də daha sərbəst biçimli monoton şalvarlı kostyumlar Azərbaycan markası “Meeamee”nin nümayişinin baş qəhrəmanları olub. Nümayişdə asimmetriya, yüksək bel və xəzlə işləmə kimi elementlərə də tez-tez rast gəlinib. Nəticədə, Azərbaycan üçün çox zəngin və qeyri-adi bir kolleksiya alınıb ki, bu da, stilistika və seçilmiş rəng çalarlarına görə, postsovet məkanında ən dəbli adlandırılan, bizim yaxın qonşularımıza daha çox yaxındır.

İlk günün son nümayişi Tacikistan markası olan “SK Collection” tərəfindən sərgilənib. Dizayner Xurşed Sattorov öz yaradıcılığı ilə həftənin qonaqlarını günəşli Düşənbə şəhərinə səyahətə aparıb. Təbii parçalardan istifadə - emal edilmiş yun, ipək və kətan, həmçinin bu region üçün ənənəvi ikat parça, milli printlər, zəngin naxışlı tikişlər, şərq zərgərlik bəzəkləriylə vurğulanmış stil - bütün bunlar nümayişi daha da baxımlı edib.

Azərbaycan dəb həftəsinin ikinci günündə “Azerbaijan Fashion Week” çərçivəsində “A.Sain”, “Elian Couture”, “Le Veine”, “Noora”, “Ayshan Habibova” və “Aya Bapani” kimi brendlər öz dəbli yaradıcılığını tamaşaçılara təqdim edəcək.

 





03.11.2018    çap et  çap et