525.Az

Rüstəm İbrahimbəyov: "Qoy, Milli Şura özü qərar versin"


 

Rüstəm İbrahimbəyov: "Qoy, Milli Şura özü qərar versin"<b style="color:red"></b> Milli Şuranın sədri Rüstəm İbrahimbəyov selektorla iclasa qatılıb.
 
Musavat.com-un məlumatına görə, Şura üzvlərinə müraciət edən İbrahimbəyov deyib ki, qurum bu gün hansı qərarı qəbul etsə, onu dəstəkləyəcək.
 
Milli Şuranın vahid namizədi qurumun seçkilərdə iştirak barədə qərarına hər hansı təsir etmək, quruma yol göstərmək fikrində olmadığını nümayiş etdirərək deyib: "Qoy, Milli Şura seçkilərdə iştirakın variantları barədə özü qərar versin".
 





19.08.2013    çap et  çap et