525.Az

Ərdoğan Parisdə Putin və Trampla görüşməyi planlaşdırır


 

Ərdoğan Parisdə Putin və Trampla görüşməyi planlaşdırır<b style="color:red"></b>

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10-11 noyabr tarixlərində Parisə səfəri zamanı Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp ilə görüşməyi planlaşdırır.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Türkiyənin dövlət başçısı bunu ölkəsində ikigünlük səfərdə olan ukraynalı həmkarı Petro Poroşenko ilə keçirilən birgə mətbuat konfransında deyib.

"10-11 noyabr tarixlərində Parisdə bizim cənab Tramp, həmçinin cənab Putin ilə danışıqlar aparmaq fürsətimiz olacaq", - deyə Ərdoğan bildirib.

Bundan əvvəl Türkiyə Prezidentinin Fransaya səfərinin tarixi açıqlanıb.

 





04.11.2018    çap et  çap et