525.Az

Türkiyənin Uqandadakı səfiri qədim yunan geyiminə görə geri çağırıldı


 

Türkiyənin Uqandadakı səfiri qədim yunan geyiminə görə geri çağırıldı <b style="color:red"></b>

Ankara Uqandadakı səfir Sədəf Yavuzalpı Türkiyənin milli bayramı – Respublika günü münasibəti ilə keçirilən qəbula qədim yunan paltarında gəldiyinə görə geri çağırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" hesabında yazıb.

Yavuzalpın xitonda şəkilləri Türkiyə KİV-də və sosial şəbəkələrdə yayılıb. Səfir özü geyim seçimini Türkiyədə 2018-ci ilin Troya ili elan olunması ilə izah edib. Respublika günü oktyabrın 29-da qeyd olunur.

"Uqandadakı səfirimizin 29 oktyabr qəbulundakı şəkilləri mətbuat və sosial şəbəkələrdə yayılandan dərhal sonra araşdırma başlanılıb və o, geri çağırılıb", - deyə Çavuşoğlu bildirib.

 





04.11.2018    çap et  çap et