525.Az

Ordumuzun zabiti dənizdə batıb


 

Ordumuzun zabiti dənizdə batıb<b style="color:red"></b>

Azərbaycan Ordusunun zabiti dənizdə batıb.

APA-nın məlumatına görə, hadisə Zirə qəsəbəsi yaxınlığında qeydə alınıb.
 
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Qədimov Elçin Nazim oğlu Xəzərdə balıq tutarkən dənizdə batıb. Onun meyitinin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hələlik mərhumun meyitini tapmaq mümkün olmayıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 





20.08.2013    çap et  çap et