525.Az

Seyran Qafarov vəfat etdi


 

Seyran Qafarov vəfat etdi<b style="color:red"></b>

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Qafarov vəfat edib.

525.az-ın məlumatına görə, Azərbaycan Bəstəkarlar İttifaqı bununla əlaqədar nekroloq yayıb.

Nekroloqda deyilir:

"Azərbaycan musiqi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, müasir musiqişünaslıq elminin tanınmış simalarından olan sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Seyran Əmir oğlu Qafarov ömrünün 49-cu payızında vəfat edib.

Qətiyyətlə demək olar ki, Seyran  Qafarov Azərbaycanın müasir musiqişünaslığında məxsusi yeri və çəkisi olan alimdir.

1969-cu il oktyabrın 2-də Bakı şəhərində anadan olan Seyran Əmir oğlu Qafarov, 1993-ci  və 1994-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tarixi - nəzəriyyə və ifaçılıq fakültələrini bitirib. 1993-1997-ci illərdə Bakı Musiqi Akademiyasının  “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi”       Elmi laboratoriyasında elmi işçi vəzifəsində işləyib. 1997 - 2010 illərdə Türkiyənin Dövlət Konservatoriyasında, daha sonra Van Dövlət Konservatoriyasında  müəllim olaraq çalışıb.

Seyran Qafarov həmçinin Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasında musiqi tarixi kafedrasında baş müəllim vəzifəsini daşıyırdı.

O gənc musiqiçilərə Qərb musiqi tarixindən və Asiya və Afrika xalqların musiqisini tədri etməklə yanaşı, BMA Musiqi Akustikası laboratoriyasında elmi işçi olaraq Azərbaycanın qədim musiqi aləti Ney haqqinda elmi araşdırmalarını davam etdirirdi.

S.Qafarovun 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi  elmlər namizədliyi dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş attestasiya komissiyası tərəfindən Doktora elmi dərəcəsi ilə təsdiq olunub.

Seyran Qafarov Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış edib, nüfuzlu elmi toplularda məqalələri dərc olunub. Onun Rus, Türk və Azərbaycan dillərində yazdığı elmi məqalə, metodik iş və məruzələrində Azərbaycanın unudulmuş qədim nəfəsli aləti olan neyin tarixçəsi və bərpası ilə əlaqədar əsaslı və mühüm araşdırmalar əldə edilib. Həmçinin, İslama qədərki dövrlərə aid təhlillərdə Azərbaycan və Ümumi Türk mədəniyyətinə xas olan nəfəsli alətlərin advermə əsaları geniş izah edilib, diqqət çəkən maraqlı fikirlər irəli sürülüb.

Seyran Qafarov 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib. O, Azərbaycan Bsətəkarlar İttifaqının keçirdiyi istər ümumrespublika, istərsə də beynəlxalq konfranslarda dəfələrlə samballı məruzələrlə iştirak edib. Onun anası tanınmış musiqişünas, sənətşünalıq üzrə fəlsəfə doktoru, BMA-nı professoru, Əməkdar incəsənət xadimi  Zemfira Qafarova uzun illərdir Azərbaycan Bəstəkarlar İttifaqının katibidir.

Elmi məqalələri arasında Türk dilində yazdığı “Müzik Enstrümanlarında Totemleşme Olgusu ve Türklerin Gözdesi Düz Flütü”, “Türk Nayı Neyi veya Aerofonları Teşhis Eden Kavram” , “Hun Türklerin Yuğ Töreni’nde Kullanılan Zurna/Boru veya Mey/Nayçeyi – Balaban Enstrümanları Hakkında Bazı Görüşler”, “Gelene/Celaenae/Kelainai/Κελαιναί Kentinin İcracılık Gelenekleri” adlı məqalələri xüsusi əhəmiyyət kəsb edir və milli musiqi alətlərinin şüur və təfəkkür modellərini şərh edirdi.

Rus dilində yazılmış “Этимология названий аэрофонов” məqaləsi və “К вопросу о духовом музыкальном инструментарии Азербайджана эпохи раннего средневековья.” metodik işi Azərbaycan musiqişünaslıq elmində yeni bir sahə olaraq böyük əhəmiyyət kəsb edir.

Seyran Qafarovun “Türk xalqlarının musiqi alətləri” Beynəlxalq Simpoziumna “Най/Ней: флейтовый аэрофон профессиональной музыкальной традиции тюрков” adında təqdim etdiyi elmi məruzə Azərbaycan nəfəsli musiqi alətlərinin millilik əsaslarını sübuta yetirməklə yanaşı, başqa xalqların mənimsəmə faktorlarını ifşa edirdi.

O, öz elmi iş, məruzə və məqalələri ilə milli alətşünaslıq elmində yeni üfüqlər açmışdı və bu işlər daha dərin təhlillərə təkan verən bir araşdırmalar şəklində qiymətləndirilirdi. Dövrü mətbuatda işıq üzü görmüş məqalələri Azərbaycanın elmi və ədəbi irsini qoruyan, inkişaf yollarını əksetdirən yazıları məziyyəti ilə dəyərləndirilirdi.

Bir daha mərhumun  ailə üzvlərinə, əzizlərinə, qədirbilən sənət dostlarına başsağlığı diləklərinimizi çatdırır, Uca Tanrıdan səbr diləyirik.

Allah rəhmət eləsin!"

 





06.11.2018    çap et  çap et