525.Az

Bakıda tikinti zamanı bədbəxt hadisə baş verib


 

Bakıda tikinti zamanı bədbəxt hadisə baş verib<b style="color:red"></b>

Bakıda tikinti zamanı bədbəxt hadisə baş verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsində,  Hacı Mövlan bağlarında qeydə alınıb. Bağda yaşayış evinin tikintisi zamanı beton piltələrin uçması nəticəsində orada işləyən 1987-ci il təvəllüdlü Sabirabad rayon sakini Emin Əlimran oğlu Hüseynov dünyasını dəyişib, Türkiyə vətəndaşları - 1974-cü il təvəllüdlü Mustafa Taşkıran Emin və 1978-ci il təvəllüdlü Sevgin Calkan Kamal xəsarət alıblar.
 
Faktla bağlı araşdırma aparılır

 





21.08.2013    çap et  çap et