525.Az

Helsinkidə “Xocalı soyqırımı” sənədli filmi nümayiş olundu


 

Helsinkidə “Xocalı soyqırımı” sənədli filmi nümayiş olundu<b style="color:red"></b>

Noyabrın 6-da Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlər Dəsdəyi Şurasının maliyyə dəstəyi ilə Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi Helsinkidəki  “Rikhardinkati Library” kitabxanasında Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə “Azərbaijan after the Soviet Union” mövzusunda adlı seminar keçirib.

Seminarda Finlandiya Milli Arxivinin əməkdaşları Pertti Xakala və Dmitri Fralov da iştirak ediblər.

Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli tədbiri açaraq Qarabağ münaqişəsi ilə bağlı məruzə edib.

Sonra “Xocalı soyqırımı” və “Müasir Azərbaycan” adlı sənədli filmlər nümayiş olunub.

Tədbirdə çıxış edən Petti Xakala Qarabağ münaqişəsinini Azərbaycanın taleyinə yazılan faciə olduğunu bildirib.

Tədbirin sonunda tədbir iştirakşılarına Azərbaycan bayrağı, eləcə də “Xocalı soyqırımı” və “Müasir Azərbaycan” sənədli filmlərinin diski hədiyyə edilib.

 





08.11.2018    çap et  çap et