525.Az

Neft Fondu bu il "Azəri-Çıraq-Günəşli"dən 8,3 milyard dollara yaxın gəlir əldə edib


 

İL ƏRZİNDƏ "ŞAHDƏNİZ" YATAĞI ÜZRƏ ƏLDƏ OLUNAN GƏLİRLƏR İSƏ 181 MİLYON DOLLAR OLUB

Neft Fondu bu il "Azəri-Çıraq-Günəşli"dən 8,3 milyard dollara yaxın gəlir əldə edib<b style="color:red"></b>

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 2001-ci ildən cari ilin noyabrın 1-dək əldə olunan ümumi gəlirlər 136 milyard 782 milyon ABŞ dollarına çatıb.

Azərbaycan Dövlət Neft Fondundan verilən məlumata görə, "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə cari ilin yanvarın 1-dən noyabrın 1-dək olan gəlirlər isə 8 milyard 296 milyon ABŞ dollarıdır.

"Şahdəniz" yatağı üzrə 2007-ci ildən etibarən təbii qazın satışından əldə olunan ümumi gəlirlər isə 2 milyard 506 milyon ABŞ dollarıdır. İlin əvvəlindən noyabrın 1-dək isə "Şahdəniz" yatağı üzrə kondensatın satışından 181 milyon ABŞ dolları gəlir əldə edilib.

Qeyd edək ki, bu il yanvarın 29-da Neft Fonduna "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" SOCAR ilə xarici hasilat şirkətləri arasında imzalanmış yeni sazişə uyğun olaraq 450 milyon ABŞ dolları həcmində ilk bonus ödənişi həyata keçirilib.

C.ABASOV

 





08.11.2018    çap et  çap et