525.Az

"Yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur"


 

"Yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur"<b style="color:red"></b>

Bu gün Azərbaycanda doğum əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bunun qarşısının alınması üçün yeni doğulan uşaqlara ayrılan müavinətin həcmi artırıla bilər.

Trend-in məlumatına görə, bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

O qeyd edib ki, bu gün yeni doğulan uşağın xərci ona ayrılan müavinətdən 10 dəfə çoxdur: "Bu baxımdan, heç olmasa ailədə ikinci uşaq dünyaya gələndə onun üçün birdəfəlik müavinətin məbləği birinci uşaqla müqayisədə 100-200 manat artıq olmalıdır”.

E.Axundova qeyd edib ki, bu gün ən çox rast gəlinən problemlərdən biri ünvanlı sosial yardımla bağlıdır: “Ünvanlı sosial yardımın özünəməşğulluqla əvəz olunması daha təqdirəlayiq olar".

 





08.11.2018    çap et  çap et