525.Az

Şamaxılılar İlham Əliyevi dəstəklədi- FOTO


 

Şamaxılılar İlham Əliyevi dəstəklədi- <b style="color:red">FOTO</b> Bu gün “Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctima Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Haqqın və Haqqımızın səsi” adlı lahiyəsinə dəstək olaraq Şamaxı şəhərində böyük tədbir keçirib. İctimai Birlikdən verilən məlumata görə, tədbirdə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctima Birliyinin sədri Sevinc Əzimbəyli çıxış edərək, “Haqqın və Haqqımızın səsi” adlı lahiyəsini öz təşəbbüsləri ilə dəstəklədiklərini bildirib. O, ölkəmizdə milli və mənəvi dəyərlərin təəssübkeşinin ilk növbədə Azərbaycan dövləti olduğunu söyləyib. Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli Şamaxı şəhər dindarlarının qarşısında çıxış edərək Qazi Qarabağ azanına sahib çıxan dövlətin və dövlət başçısının Qarabağa da sahib çıxacağını deyib. O, bəzi zərərli qüvvələrin ölkəmizdə seçkilər öncəsi inanclı insanların adından danışaraq, onların fəaliyyətinə kölgə saldığını deyib. Tədbirdə Şamaxının dini cameəsinin tanınmış simaları, rayon ziyalıları, ağsaqqallar və gənclər iştirak ediblər. Tədbir iştirakçıları Qazi Qarabağ azanının təbliğ olunmasının vacib olduğunu diqqətə çatdırıblar. Şamaxı ağsaqqallarından Ağarıza Bayramov, Hacı Teyyub Süleymanov və Ağsaqqalar şurasının sədri Aydın Alcanov tədbirdə çıxış edərək, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin dövlətçiliyə xidmət yolunda apardığı nümunəvi işləri alqışladıqlarını bildiriblər. Çıxış edən rayon ağsaqqalları bu il keçiriləcək prezident seçkilərində şamaxılıların İlham Əliyevə səs verəcəklərini söyləyiblər.

yeniufuq.org

 





21.08.2013    çap et  çap et