Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı azadlığa buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı facebook hesabında məlumat verib. O bildirib ki, Tural Abbaslı bu gün saat 14-00 da sərbəst buraxılmalıydı, lakin vaxtından 2 saat əvvəl artıq azadlığa buraxılıb.
Qeyd edək ki, avqustun 7-də Nəsimi Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının sədri, Müsavat Partiyasının Divan üzvü Tural Abbaslının məhkəməsi olmuşdu. Tural Abbaslı 12 yanvar “Əsgər ölümlərinə son!” aksiyasında cərimələndiyi və 600 manat cəriməni ödəməkdən imtina etdiyi üçün barəsində 220 saat ictimai işlərə cəlb olunmaqla bağlı qərarı verilmişdi, lakin o, 220 saatlıq işdən boyun qaçırmışdı.
çap et