525.Az

Bakıda “Meksika məkanları - Bəşəriyyətin İrsi” sərgisi


 

Bakıda “Meksika məkanları - Bəşəriyyətin İrsi” sərgisi <b style="color:red"></b>

Meksikanın Azərbaycandakı səfirliyi "Art Council Azerbaijan"la əməkdaşlıq əsasında Fantaziya festivalı çərçivəsində baş tutan sərginin açılış mərasimini keçirib.

İçərişəhər, Art Tower-də yer alan bu sərgi noyabrın 10-na qədər ziyarətçilər üçün açıq olacaq.

Bu sərgidə meksikalı fotoqraf Adalberto Rios Szalayın “Meksika məkanları – Bəşəriyyətin İrsi” adlı sərgisinə aid 19 fotoşəkil təqdim olunur və onlar Meksikanın YUNESKO tərəfindən Dünya İrsi kimi adlandırılan məkanları nümayiş etdirir.

Qeyd etmək vacibdir ki, Dünya İrsi siyahısında Meksika 7-ci yeri tutur, belə ki, ölkənin 35 məkanı Bəşəriyyətin İrsi kimi tanınmışdır. Bunlardan 27-i mədəni, 6-ı təbii və 2-i qarışıq tiplidir. Şübhəsiz, bu məkanlar turistik nöqteyi nəzərdən cəlbedicidirlər, belə ki, onların zənginliyini, dünya səviyyəsində tarixi və mədəni əhəmiyyətini qiymətləndirmək üçün hər il bu məkanları 39 milyondan çox turist ziyarət edir.

Hazırkı sərgiyə gəldikdə isə, məqsəd ölkə tarixi və yaddaşının vacib hissəsi olan tarixi yerlərin qorunmasının vacibliyini vurğulamaqdır.

 





14.11.2018    çap et  çap et