525.Az

“Ermənistan xaosun bir addımlığındadır”


 

“Ermənistan xaosun bir addımlığındadır”<b style="color:red"></b>

MÜBARİZ ƏHMƏDOĞLU: “SERJ SƏRKİSYAN İLHAM ƏLİYEVİN NÜFUZUNDAN İSTİFADƏ EDƏRƏK PREZİDENT KÜRSÜSÜNDƏ MÖVQEYİNİ MÖHKƏMLƏNDİRİR” 

Siyasi İnnovasiya və Texnoilogiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu növbəti Qarabağ saatını keçirib.

Ermənistan prezidenti Serj Sərkisyan təxminən bir ay gizləndikdən sonra tapıldığını və “Baza”da gənclərlə keçirilən ənənəvi görüşdə sensasiyalı bəyanat verdiyini deyən politoloq bəyanatın bir neçə mühüm cəhətlərinin olduğunu bildirib: “Baza” gənclər toplantısının əvvəlki tədbirində Sərkisyan erməni gənclərini Türkiyə ərazisi olan Araratı ələ keçirməyə təhrik edirdi. Sərkisyanda bir gün qabaq müdafiə naziri Ohanyan bu gənclərin qarşısında Dağlıq Qarabağ münaqişəsilə bağlı tam əks bəyanat vermişdi; Bu bəyanat ərəfəsində Sərkisyanın əslən qarabağlı olmamasına dəlalət edən məlumat yayıldı. Kasıb Ermənistanın Sünik vilayətinin Tex kəndinin 1 nömrəli məktəbinə 63 min dollar pul ayırmaqda məqsəd Sərkisyanın bu kənddə anadan olduğunu,bu məktəbdə oxuduğunu gündəliyə gətirmək idi; Sərkisyan Ermənistan adından bəyan etdi ki, onun ölkəsi Yenilənmiş Madrid Prinsiplərini qəbul edir. O, son dörd ili göstərməklə söhbətin yalnız Yenilənmiş Madrid Prinsiplərindən getdiyini bildirdi; İran prezidenti H.Ruhani ilə görüşdən sonra S.Sərkisyanın sülhməramlı qüvvələrin İranla həmsərhəd ərazilərdə yerləşdirilməsinə açıq mətnlə razılıq verməsi Ermənistanın rəsmi Tehrana qarşı siyasətinin dəyişməsinin göstəricisidir. Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə İranın münasibəti bəllidir. 6 maddəli Yenilənmiş Madrid Prinsiplərinin birinci maddəsi yeddi rayonun Azərbaycana qaytarılmasından, altıncı maddəsi isə sülhməramlı qüvvələrin Dağlıq Qarabağ münaqişəsi regionunda yerləşdirilməsindən ibarətdir; Sərkisyanın Yenilənmiş Madrid Prinsiplərinə razılıq verməsi yaxın zamanlarda ABŞ dövlət katibi Kerrinin himayəsilə Böyük Sülh Sazişinin imzalanması ehtimalını xeyli gücləndirir; Sərkisyanın bu bəyanatı Türkiyə Prezidenti Gülün Azərbaycana səfərinin bir gün qabağa çəkilməsi və Qars-Gümrü dəmiryolunun Türkiyə hissəsinin təmir olunması təxminən eyni vaxta düşür; Sərkisyan qarşıdakı prezident seçkilərində İlham Əliyevin seçilməsini ölkəsinin marağına uyğun olduğunu bildirdi. İlham Əliyevin ünvanına hər cür kəskin ifadələr işlədən, Avropa ermənilərini “anti-demokratik Azərbaycan” imicini yaratmağa çağıran Sərkisyanın Azərbaycanı demokratik hesab etməsi və İlham Əliyevin seçilməsində maraqlı olması barədə dedikləri erməni prezidentin “əyalətçi bicliyindən” xəbər verir. Ya da Sərkisyanı belə etiraflar etməyə ABŞ məcbur edib. Sərkisyanın bu bəyanatı bir neçə nüansı ön plana çıxarır”.

Politoloq qeyd edib ki, birincisi, prezident seçkilərində iri dövlətlərin dəstəyinə ehtiyacı olmayan İlham Əliyev ermənilərin köməyinə qətiyyən möhtac deyil. Əksinə, Sərkisyan İlham Əliyevin nüfuzundan istifadə edərək president kürsüsündə mövqeyini möhkəmləndirir.

Politoloq qeyd edib ki, Sərkisyanın ölkəsində və dünyada reytinqi xeyli aşağıdır, Ermənistan xaosun bir addımlığındadır: “İkincisi, Sərkisyan Azərbaycandakı seçkilərdən sonra “güllə yağışı altında rəqs edən adam” vəziyyətinə düşəcək və addımlarını xalqına izah edə bilməyəcək. Əlbəttə, simasında mənəvi keyfiyyətlərin tərənnümünü daşımayan Sərkisyan üçün belə vəziyyət təhlükəli deyil; üçüncüsü, Sərkisyan iddia etdiyi kimi, münaqişənin həqiqətən də Yenilənmiş Madrid Prinsipləri əsasında həllinə razıdırsa, ətraf yeddi rayonun Azərbaycana qaytarılmasına indidən başlamalıdır: yeddi rayondan erməni qoşunları çıxarılır, Azərbaycan bu ərazilərə qayıdır”.

Politoloqun fikrincə, Ermənistan rəhbərliyinin idarəçiliyinin səviyyəsini görmək üçün bir neçə fakt yetərlidir: “Laçında Suriya ermənisi adına 21 min dollara boş qalan ev tikirlər, amma bu puldan 100 dollar hər ay Gümrüdəki erməni ailəsinə versəydilər, bu ailələr Rusiya və Türkiyəyə köç etməzdi. Təbii fəlakətin fermer təsərrüfatlarına vurduğu ziyanı aradan qaldırmaq üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımına möhtac olan Ermənistan Frankafoniya üçün 82 min 500 avro pul ayırır. Və ya Gürcüstanla sərhəddə gömrük məntəqəsinin bərpası üçün 15 milyon avro vəsait ayırır. Belə məntiqli yanaşmaya malik Ermənistan rəhbərliyi Azərbaycanın ən yaxşı müttəfiqidir”.

AQİL

 





22.08.2013    çap et  çap et