525.Az

“İbrahimbəyovun sənədlərinə 5 gün ərzində baxılacaq”


 

“İbrahimbəyovun sənədlərinə 5 gün ərzində baxılacaq”<b style="color:red"></b> Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) Milli Şuranın Azərbaycan Prezidentliyinə namizədi Rüstəm İbrahimbəyovun sənədlərini qəbul edib.
 
Bunu APA-ya açıqlamasında MSK-nın sədr müavini Natiq Məmmədov bildirib.
 
O qeyd edib ki, qanunvericiliyə uyğun olaraq bütün namizədlərin sənədləri kimi bu sənədlərə də qəbul olunduqdan sonra 5 gün ərzində baxılaraq müvafiq qərar qəbul olunacaq: “Bizdə qanunvericilik belədir ki, istənilən namizəd üçün namizədliyin irəli sürülməsinin təsdiq olunmasına 5 gün müddətində baxılır və müvafiq qərar qəbul olunur. İkinci mərhələdə - imza vərəqələri doldurularaq təqdim olunduqdan sonra isə namizədliyin qeydə alınmasına 7 gün ərzində baxılır və müvafiq qərar qəbul olunur”.
 
N. Məmmədli bu məsələ ilə bağlı bəzi KİV-də onun adından yayılan məlumatları təkzib edib: “Mən heç bir media orqanına Rüstəm İbrahimbəyovun sənədləri ilə bağlı açıqlama verməmişəm”.
 





22.08.2013    çap et  çap et