525.Az

Stiven Barkli Britaniyanın "Brexit" üzrə naziri təyin olundu


 

Stiven Barkli Britaniyanın "Brexit" üzrə naziri təyin olundu<b style="color:red"></b>

Böyük Britaniyanın baş naziri Tereza Mey Stiven Barklini "Brexit" üzrə nazir postuna təyin edib.

Trend-in məlumatına görə, 46 yaşlı Barkli daha öncə səhiyyə nazirinin müavini postunu, ondan əvvəl ilə Maliyyə Nazirliyinin iqtisadi katibi postunu tutub.

Qeyd edək ki, o, bu günlərdə "Brexit" məsələsinə dair fikir ayrılıqları ucbatından istefa vermiş Dominik Raabı əvəzləyib.

 





17.11.2018    çap et  çap et