525.Az

Azərbaycanda bu il 103 mindən çox körpə doğulub


 

Azərbaycanda bu il 103 mindən çox körpə doğulub<b style="color:red"></b>

2018-ci ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 103 371 doğulan körpə qeydə alınıb.

Trend-in məlumatına görə, bu göstərici əhalinin hər 1000 nəfərinə 14,1 təşkil edib.

Qeyd edək ki, doğulan körpələrdən 1962-si əkiz, 84-ü isə üçəm olub.

Məlumata görə, Azərbaycanda uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

 





17.11.2018    çap et  çap et