525.Az

Təhsil Nazirliyində görüş


 

Təhsil Nazirliyində görüş<b style="color:red"></b>

Təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə İş üzrə Baş İdarəsinin sədri Abdullah Erenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri, hər iki ölkə arasında 2017-ci ildə imzalanmış təhsil sahəsində əməkdaşlıq haqqında sazişdən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, “Türkiyə bursları” çərçivəsində bu ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının təhsili ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, “Türkiyə təqaüdləri” (Türkiye Bursları) proqramı çərçivəsində tələbələrə təqaüd təmənnasız təqdim olunur. Bu haqqı qazanan tələbələr onların akademik keçmişlərinə uyğun bölmələrdə təhsil aldıqları müddət ərzində təqaüd almağa davam edirlər.

S.QARAYEVA

 





18.11.2018    çap et  çap et