525.Az

Ramiz Rzayev: “Azərbaycanda hakimlərin sayı azdır”


 

“AZƏRBAYCANDA HƏR 100 MİN NƏFƏRƏ 6 HAKİM DÜŞÜR. AVROPA STANDARTLARINA GÖRƏ, HƏR 100 MİN NƏFƏRƏ 20 HAKİM DÜŞMƏLİDİR”

Ramiz Rzayev: “Azərbaycanda hakimlərin sayı azdır”<b style="color:red"></b>

“Azərbaycanda hakimlərin sayı azdır”.

“Trend”in məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən KİV rəhbərləri ilə görüşündə deyib.

O bildirib ki, hazırda Azərbaycanda 540-550 hakim var: “Azərbaycan əhalisi isə təqribən 10 milyon nəfərdir. Avropa standartları ilə götürsək, Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Avropa standartlarına görə, hər 100 min nəfərə 20 hakim düşməlidir”.

R.Rzayev qeyd edib ki, 2017-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində 15 919 işə baxılıb: “Bunlardan 357 min mülki, 5000 iqtisadi, 27 min inzibati işlərdir. Ümumilikdə Azərbaycan məhkəmələrində 2017-ci ildə 389 580 işə baxılıb. 500 hakimin bu qədər işə baxması isə çətindir”.

 





18.11.2018    çap et  çap et