525.Az

"ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir"


 

"ABŞ Almaniya ilə işğal olunmuş ölkə kimi rəftar edir"<b style="color:red"></b>

Almaniyanın sabiq kansleri Qerhard Şryoder ABŞ-ın ticarət siyasətini sərt tənqid edərək, Berlini maraqları onlar üçün münasib olan müttəfiqlər axtarmağa çağırıb.

“Report” xəbər verir ki, siyasətçinin sözlərini N-TV telekanalı sitat gətirib.

"Biz, bizimlə işğala məruz qalmış ölkə kimi rəftara dözə bilmərik…Amerika səfirinin hərəkətlərini müşahidə etdikdə, məndə belə bir təəssürat yaranır ki, o özünü Birləşmiş Ştatların suveren dövlətdəki səfirindən çox, işğalçı qoşunların zabiti kimi aparır", - deyə o bildirib.

Keçmiş kanslerin sözlərinə görə, Almaniya yaranmış vəziyyətdə maraqları özünə uyğun gələn müttəfiq axtarmalıdır.

Bundan əvvəl Angela Merkel siyasətdən gedəcəyi tarixi açıqlayıb.

 





18.11.2018    çap et  çap et