525.Az

“Azərbaycanın İntellektual Birİncisi”nin növbəti zona turnirləri


 

“Azərbaycanın İntellektual Birİncisi”nin növbəti zona turnirləri  <b style="color:red"></b>

“İrəli” İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanın İntellektual Birİncisi” layihəsi çərçivəsində regional turnirlər davam edir.

Noyabrın 17-də Mingəçevirdə Aran iqtisadi rayonu üzrə, noyabrın 18-də isə Şəmkirdə Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turniri keçirilib.

Aran iqtisadi rayonu üzrə keçirilən yarışlarda Ağdaş, Ucar, Yevlax, Göyçay, Zərdab və Mingəçevir, Gəncə-Qazax iqtisadi rayonu üzrə keçirilən zona turnirdə isə Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz şəhər və rayonlarının gənc intellektualları iştirak ediblər.

Hər iki zona turnirində “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, yerli icra orqanlarının rəsmi şəxsləri iştirak ediblər.

M.Seyidov ölkədə gənclər üçün yaradılan şəraitdən, dövlət proqramından, intellektual yarışların gənclər üçün əhəmiyyətindən danışıb və sonda layihə iştirakçılarına uğurlar arzulayıb.

Aran iqtisadi rayonu üzrə zona turnirində “Vətəni tanı” intellektual oyununda Yevlax, “Xəmsə” intellektual oyununda Ucar, “Axtar-tap”,”Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Mingəçevir şəhərinin gənc intellektualları qalib olublar.

Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turnirində isə “Xəmsə”, “Vətəni tanı”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Gəncə şəhərinin, “Axtar-tap” intellektual oyununda Tovuz rayonunun gənc intellektualları birincilik əldə ediblər.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. 

CEYHUN

 





19.11.2018    çap et  çap et