525.Az

Azərbaycanlı tələbələr Türkiyədə birlik yaratdılar


 

Azərbaycanlı tələbələr Türkiyədə birlik yaratdılar<b style="color:red"></b> Azərbaycanlı tələbələr tərəfindən Konya Səlcuk Universiteti nəzdində “TURAZ Qardaşlıq və Həmrəylik Birliyi” yaradılıb.

Birlik ilkin layihə kimi Bayraq və Konstitusiya günləri ilə əlaqədar tədbir təşkil edib.

Universitetin müəllimi Rövşən Əliyev və çox sayda tələbələrin iştirakı ilə “9 Noyabr Azərbaycan Bayraq Günü” və “12 Noyabr Azərbaycan Konstitusiyası Günü” münasibətilə birliyin toplantısı baş tutub, İdarə Heyəti seçimləri həyata keçirilib.

Birliyin lideri Ülvi Əhmədzadə bildirib ki, məqsədləri Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə maddi-mənəvi dəstək vermək, din, dil, irq ayrımı etmədən təhsil üçün Türkiyəyə gəlmiş xarici vətəndaşlığı olan tələbələrlə görüşmək, hər mövzuda kömək olmağa çalışmaq, ən vacibi də Türkiyə Azərbaycan qardaşlıq bağını ön planda tutmaqdır.

Birliyə hər ölkədən tələbə və təhsil nümayəndələri qatıla bilərlər.
 





19.11.2018    çap et  çap et