525.Az

Toyda kütləvi zəhərlənmə: 57 nəfər xəstəxanaya yerləşdirilib


 

Toyda kütləvi zəhərlənmə: 57 nəfər xəstəxanaya yerləşdirilib<b style="color:red"></b>

Azərbaycanın Siyəzən rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan zəhərlənən 57 nəfər rayon xəstəxanasına gətirilib.
 
Onlardan 15-i kişi, 24-ü qadın və 18-i uşaq olub. Zəhərlənən şəxslərin hamısının Şabran rayonunun Ağbaş kənd  sakinləri olduğu bildirilib. İlkin araşdırmalar zamanı həmin şəxslərin avqust ayının 21-də Siyəzən rayonu ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan (paytaxt salatı) zəhərlənmələri müəyyən edilib.
 
Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

 





23.08.2013    çap et  çap et