525.Az

Moskvada daha bir bazar “təmizləndi”


 

Moskvada daha bir bazar “təmizləndi”<b style="color:red"></b> Rusiya xüsusi təyinatlı polis dəstələri - OMON Moskvanın “Doroqomilovski” bazarında “təmizləmə əməliyyatı” aparıb.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatlarında OMON-un bazara basqını zamanı xeyli sayda miqrant saxlanılıb. Onlar sənədləri belə yoxlanılmadan avtobuslara mindirilərək polis şöbələrinə aparılıblar.
 
Saxlanılanlar arasında azərbaycanlılar da var.
 
“Doroqomilovski” bazarı Moskvanın ən bahalı bazarı sayılır. Bazarda Azərbaycandan gətirilən meyvə-tərəvəz məhsulları satılır.
 
Paytaxt polisindən APA-ya verilən məlumata “Doroqomilovski”  bazarında keçirilən əməliyyat iyulun 27-də Moskvanın Matveevski bazarında Dağıstan sakinlərinin polis nəfərinə hücum etməsi ilə bağlıdır.
 
Qeyd edək ki, Moskva polisi iyulun 27-də “Matveevski” bazarında 15 yaşlı qızı zorlamaqda şübhəli bilinən dağıstanlı Maqomed Maqomedovu saxlamaq istəyərkən 20-25 nəfərin hücumuna məruz qalıb. Nəticədə bir polis əməkdaşı başından ağır yaralanıb. Bu hadisədən sonra daxili işlər nazirinin əmri ilə bütün paytaxt bazarlarında miqrantlara qarşı “təmizləmə” əməliyyatı başlanılıb. Nəticədə 3000 nəfərdən çox miqrant saxlanılıb. Hətta onlar üçün Moskvanın şərqində yerləşən Qolyanovo rayonunda çadır şəhərciyi də salınıb.
 
Artıq çadır şəhərciyində saxlanılan miqrantların çoxu Rusiyadan deportasiya olunub.
 
 





23.08.2013    çap et  çap et