525.Az

Rüstəm İbrahimbəyov Cəmil Həsənlinin namizədliyini dəstəkləməyə çağırıb (Yeniləndi)


 

Rüstəm İbrahimbəyov Cəmil Həsənlinin namizədliyini dəstəkləməyə çağırıb <b style="color:red">(Yeniləndi)</b>
Milli Şuranın sessiyasında qurumun sədri Rüstəm İbrahmbəyovun məktubu elan olunub.
APA-nın məlumatına görə, məktubda Rüstəm İbrahimbəyov Cəmil Həsənlinin namizədliyini dəstəkləməyə çağırıb.

__________________

Milli Şuranın növbədənkənar sessiyası keçirilir.

APA-nın məlumatına görə, ötən iclaslardakı narazılıqdan sonra sessiyanın media üçün açıq keçirilməsi qərara alınıb və mətbuat nümayəndələrinin vəsiqələri yoxlanılaraq, iclas zalına buraxılıb.
 
Sessiyaya Müsavat Partiyasının başqanı İsa Qəmbər sədrlik edir. Milli Şuranın 79 üzvü qeydiyyatdan keçib.
 
Milli Şura üzvlərinin APA-nın əməkdaşına verdiyi məlumata görə, sessiyada qurumun əlavə vahid namizədlə bağlı qərarı olmayacaqsa, Milli Şuranın bundan sonrakı taleyi şübhə altında qalacaq.
 
İsa Qəmbər deyib ki, sessiyada yalnız əlavə və ya ikinci vahid namizədin müəyyənləşdirilməsi müzakirə olunacaq.

 





23.08.2013    çap et  çap et