525.Az

Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət etdilər


 

Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət etdilər <b style="color:red"></b>

Üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqlar Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsi önünə, eləcə də şəhid məzarlarına əklil və gül dəstələri qoyublar.

 





21.11.2018    çap et  çap et