525.Az

Zakir Həsənov: "Üçtərəfli görüş strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir"


 

Zakir Həsənov: "Üçtərəfli görüş strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir"<b style="color:red"></b>

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir.

Trend-in məlumatına görə, bunu Bakıda Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Müdafiə naziri bildirib ki, artıq üçüncü dəfədir ki, bu toplantı keçirilir:

"Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olmasına, 3 dost qonşu dövlətin həyata keçirdiyi strateji iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsinə töhfə verməkdir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək".

 





21.11.2018    çap et  çap et