525.Az

Binəli Yıldırım: "Gülən hərəkatı türkdilli ölkələr üçün real təhlükədir"


 

Binəli Yıldırım: "Gülən hərəkatı türkdilli ölkələr üçün real təhlükədir"<b style="color:red"></b>

Fətulla Gülən hərəkatı türkdilli ölkələr üçün real təhlükədir.

Trend-in məlumatına görə, bunu TürkPA-nın 10 illiyinə həsr olunmuş konfrans zamanı Türkiyə parlamentinin sədri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Ankara ümid edir ki, türkdilli ölkələr bu təhlükəyə qarşı birgə müqavimət göstərə biləcək:

“Türkdilli ölkələr bir-biri ilə münasibətləri möhkəmləndirməlidir”.

Qeyd edək ki, Fətulla Gülən və onun tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.

 





21.11.2018    çap et  çap et