525.Az

Fikrət Məmmədov: "Cəzaçəkmə müəssisələrində ölüm halları azalıb"


 

Fikrət Məmmədov: "Cəzaçəkmə müəssisələrində ölüm halları azalıb"<b style="color:red"></b>

Azərbaycanda Penitensiar Xidmət müəssisələrində ölüm halları azalıb.

Trend-in məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, saxlanılma şəraitinin və tibb xidmətinin yaxşılaşdırılması nəticəsində 2003-cü illə müqayisədə penitensiar müəssisələrdə ölüm hadisələrinin sayı 40 faiz, vərəmdən ölənlərin sayı isə 16 dəfə azalıb:

"Ötən dövrdə penitensiar sistemdə köklü islahatlar aparılıb, qanunvericilik təkmilləşdirilib, məhbusların hüquq və imtiyazları genişlənib, infrastruktur yaxşılaşdırılıb, o cümlədən, Naxçıvanda, Şəkidə, Bakı şəhəri Zabrat qəsəbəsində yeni müasir komplekslər istifadəyə verilib".

 





22.11.2018    çap et  çap et