525.Az

Ramiz Əskər “Vilhelm Tomsen” medalı ilə təltif olundu


 

Ramiz Əskər “Vilhelm Tomsen” medalı ilə təltif olundu<b style="color:red"></b>

18-20 noyabr tarixlərində Qazaxıstanın Türküstan şəhərində yerləşən Türk Akademiyasının təşkilatçılığı ilə Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində “Türk dünyasında sakral məkanlar və böyük şəxsiyyətlər” mövzusunda elmi simpozium keçirilib.

Beynəlxalq simpoziuma dünyanın müxtəlif ölkələrindən görkəmli dilçi alimlər və türkoloqlar qatılıb.

Bu mötəbər tədbirdə ölkəmizi təmsil edən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər türkologiya sahəsində xidmətlərinə görə, Türk Akademiyasının təsis etdiyi “Vilhelm Tomsen” adına medalla təltif olunub.

Həmçinin R.Əskər simpoziumda məruzə ilə çıxış edib, universitetin Türkoloji Araşdırmalar İnstitutunda Azərbaycanda türkologiyanın inkişaf tarixi və müasir vəziyyəti haqqında mühazirə oxuyub.

 





22.11.2018    çap et  çap et