525.Az

AQTA növbəti tədbirini Xətai rayonundakı 264 saylı məktəbdə keçirdi


 

AQTA növbəti tədbirini Xətai rayonundakı 264 saylı məktəbdə keçirdi<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

AQTA-dan verilən məlumata görə, "Sağlam məktəbli" layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri dünən Xətai rayonu 264 saylı orta məktəbdə keçirilib.

Məqsəd şagirdlərə qida təhlükəsizliyi anlayışının aşılanması, məktəblilər arasında qida təhlükəsizliyi vərdişlərinə düzgün riayət olunmasını təbliğ etməkdir. Maarifləndirmə tədbiri AQTA və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən aparılıb.

Tədbirdə 200-ə yaxın şagird və müəllimə qida təhülkəsizliyi, meyvə-tərəvəzin dezinfeksiyası, şokaladın düzgün istehlak qaydaları, süd və süd məhsullarının faydaları barədə məlumatlar verilib.

Qeyd edək ki, AQTA "Sağlam məktəbli" layihəsi çərçivəsində indiyədək 5 maarifləndirici keçirib, ümumilikdə isə cari il ərzində layihənin 9 ümumtəhsil məktəbdə keçirilməsi nəzərdə tutulur.

CEYHUN

 





22.11.2018    çap et  çap et