525.Az

"Azərbaycan Metrologiya İnstitutunda bütün texniki imkanlar mövcuddur"


 

İNSTİTUT ÖLÇMƏ VASİTƏLƏRİNİN YOXLANILMASI VƏ KALİBRLƏNMƏSİ SAHƏSİNDƏ FƏALİYYƏT ÜZRƏ AKREDİTƏ OLUNMUŞ YEGANƏ METROLOJİ XİDMƏT ORQANIDIR

"Azərbaycan Metrologiya İnstitutunda bütün texniki imkanlar mövcuddur"<b style="color:red"></b>

"Azərbaycan Metrologiya İnstitutu respublika üzrə ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi sahəsində fəaliyyət üzrə akreditə olunmuş yeganə metroloji xidmət orqanıdır. İnstitutda çalışan peşəkar mütəxəssislərin ixtiyarında bütün texniki imkanlar var".

Bu barədə adıçəkilən institutdan verilən məlumatda qeyd olunub. 

Bildirilib ki, hazırda Azərbaycanın bütün regionlarında, o cümlədən, paytaxt Bakıda ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işini həyata keçirən müasir avadanlıqlarla təchiz olunan, dünya standartlarına cavab verən laboratoriyalar fəaliyyət göstərir. Onların içərisində son vaxtlar həyata vəsiqə qazanmış spektrometriya (alfa, betta, qamma) laboratoriyası xüsusilə diqqət çəkir. Laboratoriya Azərbaycan Respublikası ilə Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (AEBA) arasında Texniki Əməkdaşlıq Çərçivəsi Proqramına əsasən yaradılıb. Laboratoriya AEBA tərəfindən ən müasir və yüksək dəqiqlik sinfinə malik olan Ge - Detektoru, 50 faiz effektivliyə malik qamma spektrometri, TDCR Hidex-300SL tipli betta Spektrometr, Alpha Apex proqram təminatlı CANBERRA firmasının istehsalı olan alfa Spektrometr və müvafiq radioaktiv mənbələrlə təchiz edilib.

Laboratoriyada yerli və xaricdən idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının, inşaat materiallarının, suyun, torpağın və s. radioaktiv tərkibinin yoxlanılması məqsədi ilə radionuklidlər üzrə analizlər aparılır və rəsmi protokol verilir.

Qeyd edək ki, Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs 2017-ci ilin fevralın 10-da Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmanla yaradılıb.

İnstitut Çəkilər və Ölçülər üzrə Baş Konfransın, Beynəlxalq Qanunverici Metrologiya Təşkilatının və KOOMET Regional Metrologiya Təşkilatının üzvüdür.

CEYHUN

 





22.11.2018    çap et  çap et