525.Az

Sağlamlıq imkanları məhdud gənc yazar forumda fəal iştirakıyla yadda qaldı


 

Sağlamlıq imkanları məhdud gənc yazar forumda fəal iştirakıyla yadda qaldı<b style="color:red"></b>

Azərbaycan Gənclərinin VIII Forumunda sağlamlıq imkanları məhdud gənc yazar Mətanət Quliyeva (Qüdsi) fəal iştirakı və maraqlı çıxışı ilə yadda qalıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda qeyd olunub.

M.Quliyeva adıçəkilən nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kursu keçib.

Forumun II panelində spiker kimi çıxış edən M. Quliyeva respublikamızda əlilliyi olan gənclərin nailiyyətlərindən, onların yaradıcılıq imkanlarının dəstəklənməsi üçün aparılan işlərdən danışıb.

Qeyd edək ki, forum Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində "Cümhuriyyətin varisləri - Azərbaycanın gələcəyi" devizi altında keçirilib.

C.ABASOV

 





22.11.2018    çap et  çap et