525.Az

BMT-də "Bakı Prosesi"nin təqdimatı oldu


 

BMT-də "Bakı Prosesi"nin təqdimatı oldu<b style="color:red"></b>

BMT-nin Sivilizasiyalar Alyansının Nyu-Yorkda keçirilən Nazirlər Konfransı çərçivəsində "Bakı Prosesi"nin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, konfransda BMT-nin baş katibi, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi və üzv ölkələrdən yüksək səviyyəli rəsmilər iştirak ediblər.

Konfransda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev müasir dünyada gedən proseslər, Azərbaycanın dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələr, həyata keçirdiyi layihələrə diqqət çəkib.

Nazir çıxışında Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə "Bakı Prosesi"nin, 2010-cu ildə isə BMT-nin Baş Assambleyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun irəli sürüldüyünü bildirib.

O qeyd edib ki, bu gün "Bakı Prosesi" BMT-nin dörd ixtisaslaşmış beynəlxalq təşkilatının tərəfdaşlıq etdiyi yeganə platformadır. Bu fakt 2017-ci ildə BMT-nin baş katibi tərəfindən xüsusi qeyd olunaraq ötən ilin dekabr ayında BMT-nin qəbul etdiyi qətnamədə əksini tapıb.

Sonra "Bakı Prosesi"nin 10 illik yubileyinə həsr olunan film nümayiş etdirilib.

 





22.11.2018    çap et  çap et