525.Az

Bakıda "Mənəvi dəyərlərin təbliğində dini təhsil amili" adlı konfrans


 

Bakıda "Mənəvi dəyərlərin təbliğində dini təhsil amili" adlı konfrans <b style="color:red"></b>

Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "Mənəvi dəyərlərin təbliğində dini təhsil amili" adlı konfrans keçirilib.

İlahiyyatçılar, şərqşünaslar, fəlsəfəçilər, sosioloqlar, tarixçilər, tələbələr  və mətbuat işçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov açaraq tədbirin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, dini dəyərlər mənəvi dəyərlərin tərkib hissəsidir.  Ölkədə dini dəyərlərin qorunması və inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının bu sahəyə diqqət və qayğısı  bu sahənin düzgün istiqamətləndirilməsinə təkan verir.

M.İsmayılov həmçinin bildirib ki, dini təhsil məsələsi  son dərəcə aktual və həssas mövzudur. Bu mövzunun aktuallığını nəzərə alaraq bu sahənin mütəxəssislərinin iştirakı ilə belə bir tədbir təşkil olunub. Məqsəd mənəvi dəyərlərimizin təbliği və onun tərkib hissəsi olan dini dəyərlər, dini təhsil mövzularında diskusiyaların aparılmasıdır.  

Sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov "Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər" mövzusunda çıxış edib. O qeyd edib ki, əsas məqsəd dini dərindən öyrənən, mahiyyətinə varan, eyni zamanda, dünyəvi elmlərdən anlayışlı ilahiyyatçılar yetişdirməkdir. İlahiyyatçı olmaq yalnız dini öyrənmək demək deyil. Bu gün rus, ingilis və digər dilləri bilib, dini həqiqətləri o dillərdə dünyaya çatdıracaq çoxlu ilahiyyatçılar var. Həm dinini mənimsəyən, həm də onu müdafiə etməyi bacaran ilahiyyatçılar yetişdirməliyik. Dinin mahiyyəti düzgün çatdırılmalıdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev "Dini təhsilin mahiyyəti" mövzusunda danışıb.

O deyib ki, bəzən insanlar məsələnin mahiyyətini anlamadan düşüncələrini bildirirlər. Din isə ilk baxışdan fikir bildiriləcək bir mövzu deyil. Onu araşdırmaq, anlamaq, daha sonra fikir bildirmək lazımdır. Azərbaycanda dinə göstərilən qayğı təqdirəlayiqdir. Prezident İlham Əliyevin Sərəncamı ilə İlahiyyat İnstitutu və digər dini qurumlar yaradılıb. Bu qurumlar Azərbaycanda dini təhsilə mühüm dəstək olacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov "Dini təhsildə dini ədəbiyyatın rolu", Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imamı Şahin Həsənli "Dini təhsilin keyfiyyət məsələsi", Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Asəf Qənbərov "Dünya təcrübəsində müxtəlif din təhsil modelləri" mövzularında çıxış ediblər.

S.QARAYEVA

 





22.11.2018    çap et  çap et